İtkin düşən hərbçinin ailəsi ziyarət olundubackend

Millət vəkili Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Goranboy rayonu, Qaradağlı kənd sakini əsgər Abdullayev Firdovsi Mais oğlunun ailəsini ziyarət edib. Görüşdə hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Görüşdə çıxış edən millət vəkili və başçı yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçumuzun tapılması məqsədilə aidiyyəti dövlət qurumlarının axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıblar.
Hərbçimizin ailəsi də onlara göstərilən dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.