Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini, 1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi Taisiya Qordeyeva itkin düşməsi barədə məlumat yayıldıqdan bir neçə saat sonra tapılıb.
Qeyd edək ki, Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar ailə üzvləri paylaşım edib.