İtkin düşən XTQ giziri şəhid olub – FOTObackend

Vətən müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

İctimai.az-ın məlumatına görə, şəhid olan şəxs 1994-cü-ci il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini Xüsusi Təyinatlı Qüvvələrin giziri Namazov Babək Səhman oğludur.

B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.