İTV ilə bağlı Milli Məclisdə müzakirələr olacaqbackend

Milli Məclis “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi”ni müzakirə edəcək.

“Report”un əldə etdiyi məlumata görə, İTV-nin Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:

Sahibkarlar Şurası tərəfindən:

Zeynalov Vüqar Eldar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti;

Abdullayeva İlhamə Xanlar qızı – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri.

Gənclər təşkilatları tərəfindən:

Əliyev Azər Ruslan oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Axundova Ülviyyə Süleyman qızı – “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri.

Qadın cəmiyyətləri tərəfindən:

Yusifova Sevil Şərif qızı – Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti;

Mansurova Zərəngiz Dəmirçi qızı – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini.