Böyük Britaniyanın avtomobil istehsalçısı Jaguar Land Rover yenilənmiş korporativ identikliyi və loqotipini təqdim edib. Şirkət həmçinin adı qısaldaraq JLR abreviaturasına çevirib.
Bu barədə Jaguar Land Rover-in mətbuat xidməti məlumat yayıb.
“Yeni korporativ şəxsiyyət qeyri-müəyyənliyi aradan qaldırmaq və JLR-nin Range Rover, Defender, Discovery və Jaguar brendlərinin hər birinin unikal DNT-sini vurğulamaq və şirkətin müasir dəbdəbənin qürurlu yaradıcıları olmaq vizyonunun həyata keçirilməsini sürətləndirmək üçün nəzərdə tutulub”, – deyə şirkət bildirib.
Mənbə: Autotech