Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılıb?backend

Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasında bəzi kommunal xidmətlərin dayandırılacağı barədə iddialara aydınlıq gətirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən belə bir qərar verilməyib.

“Binanın su təminatında heç bir problem yoxdur”, – deyə o qeyd edib.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu da açıqlamasında deyib ki, sözügedən binada elektrik enerjisinin verilişi dayandırılmayıb.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyevə də sorğu ünvanladıq.

E.Vəliyev “Azəriqaz” tərəfindən binada hər hansı məhdudlaşdırılma olmadığını qeyd etdi:
“Sözügedən bina sakinləri ilə bizim qurumun heç bir problemi yoxdur. Çünki binalarda quraşdırılan sayğaclar smart-kart tipli sayğaclardır. Yəni abonentlər əvvəlcədən ödənişini edəndən sonra mavi yanacaqdan istifadə edirlər”.