Avropa Birliyinin baş diplomatı Kaja Kallas Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti J.D.Vensin Avropa haqqında dediklərini təxribat adlandırıb.
Onun sözlərini Sky News sitat gətirir.
“Onlar bizi münaqişəyə təhrik etməyə çalışırlar və biz dostlarımızla döyüşmək istəmirik” dedi.
Fevralın 14-də çıxış edən J.D.Vens deyib ki, Avropa siyasətçiləri öz seçicilərindən qorxarsa, ABŞ Avropaya kömək etməyəcək. Onun sözlərinə görə, Avropa sakinləri nəzarətsiz miqrasiya istəmirlər. Vens çıxışı zamanı Rusiya və Çinin Avropa üçün əsas təhlükə olmadığına da diqqət çəkib.