Avropa Diplomatiyasının rəhbəri Kaja Kallas Estoniyanın KuKu radiostansiyasına verdiyi müsahibədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen ilə fikir ayrılıqlarının onların şəxsi münasibətlərinə təsir etmədiyini bildirib.
Kallas bildirib ki, AK prezidenti ilə yaxşı münasibətləri var, lakin media onların münaqişəsini qadınlar arasında mübahisə kimi təqdim edir.
“Əslində, Avropa Komissiyası mənim rəhbərlik etdiyim qurumu əvvəldən bəyənməyib. Bu, daha çox idarələrarası məsələdir. Mən sübut etməyə çalışıram ki, birlikdə bir şey etdikdə hamı qalib gəlir. Avropa o zaman daha güclüdür”, – deyə diplomat bildirib.















