Kallas Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin razılaşdırılması üçün vaxt çərçivəsini açıqlayıbbackend

Rusiyaya qarşı 19-cu sanksiyalar paketi həftənin sonuna kimi razılaşdırılacaq.

İctimai.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündən əvvəl bildirib.

“Mən 19-cu paketin bu həftə razılaşdırılacağını gözləyirəm. Təəssüf ki, bu gün olmayacaq, lakin danışıqlar davam edir” dedi.

Kallas qeyd edib ki, paket 23 oktyabr cümə axşamı günü keçiriləcək Aİ sammiti üçün vaxtında razılaşdırılacaq.