Kallas Ukrayna üçün təhlükəsizlik zəmanətlərini necə gördüyünü bölüşdübackend

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas respublika ərazisində Qərb sülhməramlılarının olması ilə Ukrayna üçün “möhkəm” təhlükəsizlik təminatlarına çağırıb.

Onun sözlərini Welt qəzeti sitat gətirir.

Onun sözlərinə görə, Qərb sülhməramlıları “yaxşı təchiz edilmiş və özlərini müdafiə etmək qabiliyyətinə malik olmalıdırlar”. Aİ diplomatı hesab edir ki, bu baxımdan sadəcə atəşkəs rejiminə nəzarət etmək kifayət deyil.

“Ukrayna sülhü təmin etmək üçün Qərbə arxalanmağı bacarmalıdır. Kreml də bilməlidir ki, atəşkəsin pozulması Ukraynanın müttəfiqlərinin də ciddi reaksiyasına səbəb ola bilər”, – Kallas bildirib.