Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Ukraynaya Qərb qoşunlarının göndərilməsinə haqq qazandırmaq üçün vətəndaşları qorxutmağa çalışır.
Bu barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot özünün X (Twitter) səhifəsində məlumat verib.
Siyasətçi iddia edir ki, Kallas qəsdən Rusiyaya qarşı nifrət yaradır, insanları Moskvanın Avropa üçün təhlükə yaratdığına inandırır.
Filipponun sözlərinə görə, bu yolla Avropa diplomatiyasının rəhbəri qorxu yaratmaq və Aİ qoşunlarını Ukrayna ərazisinə daxil etməyə məcbur etmək istəyir.