Kaluqa hava limanında Moskva vaxtı ilə saat 10:50-dən etibarən enmə-gedişlə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə TASS məlumat yayıb.
“Məhdudiyyətlər saat 10:50-dən götürülüb”, – mesajda deyilir.
Bundan əvvəl Kaluqa vilayətinin hakimiyyət orqanları Kaluqa hava limanı üzərində hava məkanını bağlayıb. Fövqəladə hallar xidmətlərinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, Kaluqa üzərindəki hava məkanı pilotsuz təyyarənin hücumu təhlükəsi səbəbindən müvəqqəti olaraq bağlanıb.
Mənbə: TASS

