Kanada ABŞ-ın tariflərinə qarşı cavab tədbirləri ilə hədələyibbackend

Vaşinqton 2025-ci il fevralın 1-dən Kanada mallarına rüsumlar tətbiq edərsə, Ottava cavab verəcək.

TASS xəbər verir ki, bu sözləri Kanadanın xarici işlər naziri Melani Coli deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra jurnalistlər üçün onlayn brifinq keçirib. Danışıqlar Amerikanın paytaxtında baş tutub.

“Mən açıq şəkildə bildirdim ki, tariflər tətbiq edilərsə, biz cavab tədbirləri görəcəyik. Qarşılıqlı tədbirlər üçün bütün variantlar masadadır”, – diplomat bildirib.

Coli deyib ki, danışıqlar zamanı onda belə təəssürat yaranıb ki, Rubio “ticarət və geosiyasət arasındakı əlaqəni” başa düşür. Bundan əlavə, ABŞ dövlət katibi hazırkı geosiyasi vəziyyətdə Kanada ilə birgə işləməyin vacibliyini dərk etdiyini nümayiş etdirib.