Milli.Az ABC News-a istinadən bildirir ki, Kanada-ABŞ sərhədindəki Göy qurşağı körpüsündə avtomobilin partlaması yerində ehtimal olunan partlayıcı qurğunun olduğu portfel tapılıb.
Mövcud məlumata görə, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları portfel və ya çamadana bənzər əşya aşkar ediblər. İndi onunla partlayıcı mütəxəssislər işləyir. Portfeldə partlayıcı qurğunun gizlədilə biləcəyi ehtimal edilir.
Daha əvvəl Göy qurşağı körpüsünün nəqliyyat üçün bağlandığı bildirilmişdi. Bundan əlavə, ona ən yaxın olan daha üç sərhəd keçid məntəqəsi Kanada hakimiyyəti tərəfindən bağlanıb.
Mənbə: Milli.az

