Kanada hər siqaretin üzərində siqaret çəkməyin zərərləri haqqında yazmağa başlayacaqbackend

Kanadanın Psixi Sağlamlıq və Maddə İstifadəsi Naziri Carolyn Bennett ölkədə hər siqaretin üzərinə siqaret çəkməyin təhlükələri barədə xəbərdarlıqların çap edilməsi ilə bağlı rəsmi tələbin tətbiq edildiyini açıqladı.

Bu barədə Kanada hökumətinin rəsmi saytında məlumat verilib.

Tütün məmulatları üçün yenilənmiş etiketləmə qaydaları mərhələli şəkildə tətbiq ediləcək: ilkin olaraq bu cür xəbərdarlıqlar iri siqaretlərin üzərində çap olunacaq.

Hökumət siqaretlərin üzərinə “Tütün tüstüsü uşaqlara zərər verir”, “Siqaret xərçəngə səbəb olur” və “Hər nəfəsdə zəhər” yazılacağını bildirib.

Mənbə: Haberler.com