Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın ardınca Kanada hökuməti Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya xam neftinin qiymət tavanını bir barel üçün 47,60 dollara endirib. Bu barədə hökumətin saytında məlumat verilib.
“Avropa İttifaqı və Böyük Britaniyanın bu yaxınlarda elan etdiyi tədbirlərə uyğun olaraq, Kanada Rusiya xam neftinin qiymət tavanını bir barel üçün 60 dollardan 47,60 dollara endirib”.
Qərar çərşənbə günü, sentyabrın 3-də qüvvəyə minib. Bu yolla Ottava enerji ixracından qazanc əldə etmək imkanlarını məhdudlaşdıraraq Rusiyaya təzyiq göstərməyə çalışır.