Kanada Rusiyadan olan almaz zinət əşyalarının idxalına sanksiya tətbiq edibbackend

Kanada Rusiya almazlarının və almaz zinət əşyalarının idxalına yeni sanksiyalar tətbiq edir.

Bunu Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Melani Coli deyib, onun sözlərini departamentin mətbuat xidməti sitat gətirib.

O qeyd edib ki, yeni məhdudiyyətlər G7 tərəfdaşları ilə razılaşdırılaraq həyata keçirilir.

Departamentin məlumatına görə, embarqo G7 liderlərinin 2023-cü ilin mayında Rusiya Federasiyasında hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının ixracından Rusiyanın əldə etdiyi gəliri azaltmaq üçün birgə işləmək öhdəliyindən sonra həyata keçirilir.

Mənbə: Bloomberg