Kanadanın baş nazirliyinə namizəd Kristia Friland Ottavanı ABŞ prezidenti Donald Trampın Kanada mallarına gömrük rüsumları tətbiq etmək planlarına tez və “repressiv” cavab verməyə çağırıb.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
Qəzet yazır ki, “Justin Trudeau-nun yerinə baş nazir olmaq üçün namizəd olan Friland, ABŞ prezidentinin bu həftə sonundan etibarən Kanada və Meksikaya 25 faizlik tariflər tətbiq etmək hədəsinə əməl edəcəyi təqdirdə Ottavanı tez və sərt cavab verməyə çağırıb”.
Kanadanın baş nazirliyə namizədi deyir ki, Ottavaya “ədalətsiz tarif tətbiq edilərsə” ölkə bütün Tesla avtomobillərinə və Amerika içkilərinə 100 faiz rüsum tətbiq etməklə hədələməlidir.