Kanada Ukraynaya zirehli texnika tədarükünü ləğv edibbackend

Kanada hakimiyyəti Ukraynaya təhvil verilməli olan 25 istismardan çıxarılan yüngül zirehli döyüş maşınının təmiri ilə bağlı müqaviləni ləğv edib. Bu barədə Kanadanın müdafiə naziri Devid Makqinti CBC televiziyasına müsahibəsində bildirib.

250 milyon Kanada dolları (178 milyon dollar) dəyərində olan müqavilə, istismardan çıxarılan avtomobilləri təmir etməli olan Armatec Survivability şirkəti ilə ləğv edildi. Bu qərarın səbəbləri məlum deyil.

“Mən məsələni daha ətraflı müzakirə edə bilmərəm. Departament və podratçı ilə münasibətlərin necə inkişaf edəcəyini görəcəyik. Departamentin müqaviləni ləğv etmək qərarının səbəblərini daha ətraflı izah etmək istərdim, lakin bunu etmək iqtidarında deyiləm”, – MakQinti bildirib.