Kanada və Cənubi Koreya Ukraynaya yardımı davam etdirəcəklərini açıqlayıblarbackend

Kanada və Cənubi Koreya Kiyevə yardım göstərməyə davam edəcək və Ukraynanın müstəqilliyini təmin etmək üçün həmfikir tərəfdaşlarla uzunmüddətli planları əlaqələndirəcəklər.

Birgə bəyanat Kanadanın baş naziri Castin Trüdonun saytında dərc olunub.

“Koreya Respublikası və Kanada Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumağa qətiyyətlə sadiqdirlər. Biz Ukraynaya lazımi siyasi yardım, təhlükəsizlik yardımı, iqtisadi və humanitar yardım göstərməyə davam edəcəyik və həmfikir tərəfdaşlarımızla Ukraynanın müstəqilliyini, təhlükəsizliyini və sabitliyini təmin etmək üçün uzunmüddətli planları razılaşdıracağıq”, – bəyanatda deyilir.