Kanadada Durovun saxlanmasını xalqa qarşı müharibə adlandırdılarbackend

Kanadalı siyasətçi, Kanada Xalq Partiyasından keçmiş namizəd David Freiheit Telegram-ın qurucusu Pavel Durovun Fransada saxlanmasına münasibət bildirib. Bu barədə o, sosial şəbəkədə yazıb.

Siyasətçi Fransa hökumətinin hərəkətlərini öz xalqına qarşı mübarizə kimi qiymətləndirib.

“Bu hadisəni istədiyiniz kimi adlandırın. Ancaq anlayın ki, bu, xalqa və onların hüquqlarına qarşı müharibədir”, – o yazıb.

Mənbə: TASS