Kanadada ilk insan quş qripinə yoluxma halı qeydə alınıbbackend

Kanadanın Britaniya Kolumbiyası əyalətində insanda H5 quş qripinə ilk yoluxma halı qeydə alınıb. Xəstənin uşaq xəstəxanalarından birinə yerləşdirilən yeniyetmə olduğu üzə çıxıb. Bu barədə Phys.org portalı Agence France-Presse (AFP) xəbər agentliyinə istinadən xəbər verir.

Xəstənin infeksiya mənbəyi və mümkün təmasları araşdırılır.

Kanada rəsmilərinin dediyinə görə, gənc adam çox güman ki, xəstə quş və ya heyvanla təmasda olub.

Mənbə: Phys.org