Kanadada iqlim sui-qəsdi tərəfdarı meşə yanğınlarında iştirak etdiyini etiraf edibbackend

Ölkə hökumətini meşə yanğınlarında iştirakda ittiham edən kanadalı Brayan Pare 14 meşə yanğınında günahını etiraf edib. Bu barədə CNN məlumat yayıb.

Yayımçının sözlərinə görə, Pare sosial şəbəkələrdə iddia edib ki, Kanada hakimiyyəti vətəndaşları iqlim dəyişikliyinə inandırmaq üçün qəsdən yanğınlar törədir. Lakin sonradan o, ötən ilin may-sentyabr ayları arasında 13 yanğın və bir “insan həyatına məhəl qoymadan yandırma” faktını etiraf edib.

CNN-in verdiyi xəbərə görə, yandırıcının hərəkətləri nəticəsində yüzlərlə insan evlərini tərk etməyə məcbur olub.

Mənbə: CNN