Kanadada Qərbi birləşdirməyin yeganə yolu faşizm adlanırbackend

Politoloq və Kanadanın Manitoba Universitetinin Geosiyasi İqtisadiyyatın Öyrənilməsi İnstitutunun həm-direktoru Alan Friman faşizm ideologiyasını Qərbi birləşdirməyin yeganə yolu adlandırıb.

O, bu barədə Lenta.ru-ya müsahibəsində bildirib.

“Qərb birliyini bərpa etməyin yeganə yolu, lakin mənim istəmədiyim yol faşizmdir. Başqa heç nə onu bərpa etməyəcək”, – ekspert bildirib.

O, həmçinin qeyd edib ki, Nasist Almaniyasının lideri Adolf Hitler dövründə “Avropa dünyasını hərbi və iqtisadi birliyə çevirmək üçün sonuncu ciddi cəhd” olub. Friman bunun bir daha təkrarlanmasını istəmədiyini bildirib.