Kanada ABŞ-ın proteksionist siyasətləri qarşısında iqtisadi strategiyasını kökündən nəzərdən keçirmək niyyətindədir; Baş nazir Mark Karni Amerika ilə köhnə münasibətlərin erası bitib.
Bu barədə CBC məlumat yayıb.
O, Ottavanın ABŞ bazarından iqtisadi asılılığını azaltmağı və həmçinin ticarətini dünyanın digər regionlarına yönləndirməyi planlaşdırdığını vurğulayıb.
Karni əlavə edib ki, Kanada hökuməti artıq ölkə daxilində müstəqil təchizat yaratmağa başlayıb. Ottava həmçinin avtomobil sənayesi və ABŞ Prezidenti Donald Trampın tarifləri ilə təhdid edilən digər sektorlar üçün təchizat zəncirini inkişaf etdirməyi vəd edib.