Kanada İsrailin baş naziri Binyamin Netanyahunu Kanadada tapacağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs edəcək.
“The Times of Israel” xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni Bloomberg-ə müsahibəsində bildirib.
Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalant Qəzza zolağında İsrail-Həmas müharibəsi zamanı hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar. Yəhudi dövləti bu ittihamları rədd edir.
Kanadanın Netanyahunu BCM-nin orderi əsasında həbs edib-etməyəcəyini soruşduqda, Carney qəti şəkildə “bəli” cavabını verdi, lakin ətraflı açıqlama vermədi.
Baş nazir müsahibəsində həmçinin bildirib ki, Fələstin dövlətinin tanınması onun siyasətinin prioritetidir.