Kanadanın baş naziri və ABŞ prezidenti Rusiyadakı vəziyyəti müzakirə ediblərbackend

Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Co Baydenlə telefon danışığı keçirib və onunla Rusiyadakı vəziyyəti müzakirə edib.

Bu barədə TASS məlumat yayıb.

“Bu gün (25 iyun) Baş nazir Castin Trüdo ABŞ prezidenti Co Baydenlə danışıb. Onlar Rusiyadakı mövcud daxili təhlükəsizlik vəziyyətini müzakirə edərək, hadisələri diqqətlə izlədiklərini və müttəfiqlər və tərəfdaşlarla sıx qarşılıqlı əlaqəni davam etdirəcəklərini qeyd ediblər”. Bundan əlavə, iki ölkənin liderləri Ukraynanı sarsılmaz dəstəklədiklərini bəyan etdilər”, – Kanada baş nazirinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında Amerika lideri Co Baydenlə söhbəti barədə məlumat verib və bu söhbət zamanı tərəflər cəbhədəki vəziyyəti müzakirə ediblər.