Kardioloq ürəyinizin sıradan çıxdığını göstərən gizli əlamətləri müəyyən edibbackend

Bir çox insan ürək xəstəliyinin klassik əlamətləri, məsələn, sinə ağrısı və ya nəfəs darlığı ilə tanışdır. Bununla belə, ürək problemləri, tez-tez diqqətdən kənarda qalan daha az aşkar simptomlarla da özünü göstərə bilər. SM-Klinikasının kardioloqu və funksional diaqnostika mütəxəssisi Maria Zebelyeva Gazeta.Ru-ya bu əlamətlər barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, mümkün əlamətlərdən biri, xüsusən də başın arxasında baş verərsə, baş ağrısı ola bilər. Bəzən bu, yüksək təzyiqin yeganə simptomudur, ona görə də bu simptom baş verərsə, qan təzyiqinizi yoxlatdırmağa dəyər.

“Başgicəllənmə və huşunu itirmə ürək problemləri, əsasən aritmiya – nizamsız ürək döyüntüsü ilə də əlaqələndirilə bilər. Aritmiyanın bəzi formalarında qan dövranı daha az səmərəli olur və bu da beyinə qan axınını pozur. Bu, başgicəllənməyə və hətta qısa müddətli huş itkisinə səbəb ola bilər”, – Zebelyeva izah edib.