ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında münaqişənin kəskinləşməsinə görə məsuliyyət daşıyır.
TASS xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlsonun komandasının nümayəndələri bildirib.
“Donald Tramp Brett Baier-ə Netanyahu hökumətinin qabaqlayıcı zərbələr endirmək planından xəbərdar olduğunu və hücumun sürpriz olmadığını deyəndə İsrailin İrana hücumu barədə əvvəlcədən bildiyini etiraf etdi. Bu hərbi əməliyyatların şəriki kimi prezident ümid edir ki, dünən gecə baş verənlər onun nüvə proqramı ilə bağlı İranla danışıqlara kömək edəcək”.
İddia olunur ki, ABŞ Silahlı Qüvvələrinin özləri İran ərazisinə hücumlarda iştirak etməsələr də, İsraili maliyyələşdirmək və silahla təmin etmək faktiki olaraq ABŞ-ı İranla birbaşa qarşıdurma vəziyyətinə gətirir.