Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Karvan-Yevlax” növbəti transferlərini açıqlayıb.
İctimai.az xəbər verir ki, Yevlax təmsilçisi Vüsal Məsimov ilə 1 illik müqavilə imzalanıb. 25 yaşlı sol cinah müdafiəçisi son olaraq “Şamaxı” klubunda forma geyinib.
Eyni zamanda Yevlax təmsilçisi Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi futbolçu karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn”, “Dundalk” və “Connahs Quay” klublarında forma geyinib.23 yaşlı futbolçu Şri Lanka millisində 7 oyun keçirib.