“Karyeram Gələcəyimdir” adlı tələbələr üçün təlim keçirilib – Fotolarbackend
23 fevral 2022-ci il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Bakı Biznes və Kooperasiya Kollecinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkil etmək məqsədi ilə “Karyeram Gələcəyimdir” adlı tələbələr üçün təlim keçirilib.
Təlimin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev, direktor müavini Vaqif Mahmudov, Təlim – tərbiyə və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Tamerlan Əkbərov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, “GələcəkSƏN” Təlim və İnkişaf Proqramının təsisçisi Rəşad Bayramov və fəal gənclər iştirak etmişlər.
Təlimdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev iştirakçıları salamladılar, onlara təhsillərində və gələcək karyeralarında uğurlar arzuladılar. Qeyd etdilər ki, hər bir insanın həyatında bir çox çətinliklər və hadisələrin gözlənilməz dönüşləri var. Hədəflərə çatmaq üçün indi öz üzərində çox çalışmalı və təbii ki, təcrübə qazanmaq mütləqdir. Təcrübə çox vacibdir və zamanla qazanılır. Buna görə bu dəyərli vaxtı indi boş yerə sərf etmək olmaz. Əsas hədəfə çatmaq üçün demək olar ki, bütün həyat yolunu keçməlisiniz.
Sonra “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, “GələcəkSƏN” Təlim və İnkişaf Proqramının təsisçisi Rəşad Bayramov vurğuladı ki, hər insanın həyatında bir peşə seçmə anı gəlir. Bu, hər kəsin təkbaşına atmalı olduğu həlledici bir addımdır. Uşaqlıqda müəllim, polis, həkim, sürücü, aktrisa, müğənni, astronavt olmaq xəyalları qururuq. Uşaqlıqda yetkin yaşa qədər oynamaq bizim üçün qeyri-mümkün tapşırıq yoxdur. Ancaq vaxt keçir və uşaqlıq ayrılır, əlini yelləməyi unutdurur. Geriyə baxmağa vaxt tapmadan, yetkinlik ərəfəsinə yaxınlaşdıq. Artıq oyun olmayacaq. Ancaq heç kim xəyalını əlimizdən almayacaq. Yetkinlikdə özümüzlə aparmaq üçün lazım olan hər şey bir uşaqlıq arzusudur. Bir xəyal bütün peşələrin başlanğıcıdır. Kimsə səyahət etmək, kitab yazmaq, kimsə aşbaz olmaq və restoran açmaq, kimsə dizayner olmaq və öz geyim kolleksiyalarını düşünmək, kimsə uşaqlara bilik çatdırmaq istəyir. Peşələr dünyası müxtəlif və heyrətləndiricidir. Eyni zamanda düzgün peşə seçimi çox vacibdir.
Sonda təlimçi Rəşad Bayramov gəncləri maraqlandıran sualları cavablandırdı.