Uels şahzadəsi Kate Middleton qaynı Şahzadə Harriyə ehtiyac duyduğu vaxtda ona dəstək olmaq və kral ailəsi ilə münasibətləri düzəltmək üçün zəng edib. Bu barədə Closer Weekly insayderə istinadən xəbər verir.
“Keyt Harri ilə əlaqə saxladı ki, başını dik tutsun və bu müvəqqəti uğursuzluqlardan çox narahat olmasın” dedi insayder jurnalistlərə.
O əlavə edib ki, “bütün ailə qarışıqlıqlarına” baxmayaraq, Kate Middleton və Şahzadə Harri dostluq münasibətlərini qoruyub saxlayıblar.
Mənbə: Lenta.Ru














