Kazan gömrükçüləri Dubaydan gələn sərnişinin paltarının altından 10 milyon rubl dəyərində 6 ədəd Rolex saatı aşkar ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.
“Dubaydan Kazana gələn sərnişinin paltarının altından Tatarıstan gömrükçüləri tərəfindən 10 milyon rubl dəyərində 6 ədəd Rolex saatı aşkar edilib. Beləliklə, qanun pozucusu 3 milyon rubl məbləğində gömrük rüsumunu ödəməkdən yayınmağa çalışıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, gömrükçülər Rusiya vətəndaşını “yaşıl” dəhlizdə saxlayıblar. Baxış zamanı məlum olub ki, həmin şəxs ayaqlarına və qarnına dəbdəbəli saat bağlayıb. Onun barəsində mühüm strateji malların qaçaqmalçılığı və gömrük ödənişlərini ödəməkdən yayınma maddələri ilə cinayət işi açılıb.
Mənbə: RİA Novosti













