Braziliya millisinin heyətində futbol üzrə ikiqat dünya çempionu olan 47 yaşlı Ronaldo sevgilisi, 33 yaşlı model Selina Loksla evlənib.
Toy mərasimi İbizadakı Es Cubell kilsəsində baş tutub. Toyda 400-ə yaxın insan iştirak edib.
Selina Loks ilə evlilik Ronaldonun üçüncü evliliyi olub – bundan əvvəl braziliyalı futbolçu Milena Dominqes və aktrisa Maria Beatriz Antoni ilə evli olub.
Mənbə: TRT Sport
