“Real Madrid”in keçmiş futbolçusu Eden Hazard Belçika millisinə həsr olunmuş “Believe” sənədli filmində gələcəyindən danışıb.
“Tədricən, pivə içərkən ailə və dostlarla həyatdan həzz almağın vaxtı gəldi. Mən həmişə Belçika “Qırmızı Şeytanlarının” azarkeşi və bundan həzz almaq imkanım olanda möhtəşəm futbolun həvəskarı olaraq qalacağam. Kapitan sarğısını taxmaq mənim üçün böyük şərəf idi”, – Hazard bildirib.
İyunun 3-də məlum olub ki, belçikalı Madrid klubu ilə müqaviləni tərəflərin qarşılıqlı razılaşması əsasında pozub. Futbolçunun “qaymaqlılar”la müqaviləsi 2024-cü ilə qədər hesablanıb.
Mənbə: TRT Sport

