Bakıda “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılış mərasimi keçirilib.
“Balland” Kəlbəcər balı mağazalar şəbəkəsinin rəhbəri Ruslan Mustafayev jurnalistlərə müsahibəsində məlumat verib ki, bu ilin avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfərəi zamanı “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.
Bundan əvvəl isə 2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaratmışdır.
Bu diqqətin davamı olaraq, hazırda Kəlbəcər şəhərinin mərkəzində və Bakıda (Azadlıq pr 104 ünvanında) “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyət göstərir.
Bakının Nəsimi rayonu ərazisində açılan yeni mağazada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur.
Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.
Ruslan Mustafayev bildirir yaxın gələcəkdə “Balland” mağazasının əhatəsinin genişləndirilməsi nəzərdə tutulub. Ölkəmizdə Kəlbəcər balına böyük təlabat var. Bakıda yeni mağazanın açılması alıcıların Kəlbəcər balına olan əlçatanlığı təmin olunmuşdur.


























