Kəlbəcər sakini qayadan yıxılaraq ölübbackend

Kəlbəcər rayonunda bədbəxt hadisə baş verib.

İctimai.az xəbər verir ki, hadisə rayonun Rəhimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Rəhimli kənd sakini, 1971-ci il təvəllüdlü U.Verdiyev ehtiyatsızlıqdan qayadan yıxılıb.

O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.