Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçisi minaya düşdübackend

Kəlbəcər rayonunda Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün rayonun Ağcakənd kəndində qeydə alınıb.

Müddətdən artıq hərbi xidmət qulluqçusu Ayxan Camalzadə minaya düşüb.

O, hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən fakt təsdiqlənib.

Bildirilib ki, faktla bağlı hazırda Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu maddəsi ilə cinayət işi başlanılıb.