Kəlbəcərdə maşın aşdı, qadın hərbçi öldübackend

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İctimai.az“Qafqazinfo”ya istinadla xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatı araşdırılır.

Əldə edilən məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, “N” saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.