Kəlbəcərdə minaya düşərək şəhid olan hərbçimiz dəfn edilibbackend

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.

İctimai.az xəbər verir ki, şəhidin cənazəsi ailəsinin yaşadığı Tovuz rayon Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.