Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapıldıbackend

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

“Aparılan axtarışlar nəticəsində ölən sürücü, Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, deyə o bildirib.

Faktla bağlı araşdırma aparılır.