Kəlbəcərdə yüş maşını aşıb: Ölən varbackend

Kəlbəcər rayon Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1984-cü il təvəllüdlü L.Əhmədov ağır xəsarətlər alıb.

O, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.