ABŞ NATO-nun şərqə doğru genişlənməsini dayandırmağa hazırdır, Ukraynanın isə bloka daxil olması müzakirə olunmur. Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ABC News-a müsahibəsində bildirib.
“Biz deyirik: “Yaxşı biz NATO-nun sizin sərhədlərinizə genişlənməsini dayandıra bilərik”. “Bu, onların təhlükəsizliyi məsələsidir”, o qeyd edib.
Kelloq əlavə edib ki, ən azı dörd NATO ölkəsi Ukraynanın alyansa üzv olmasına qarşıdır.