Kənd təsərrüfatı sığortası dedikdə nə başa düşülür?backend

Dünyada kənd təsərrüfatı istehsalında ən böyük risk iqlim şəraitidir. İnkişaf etməkdə olan ölkələrdə bu risklə yanaşı daha bir risk mövcuddur. Yəni istehsal. Belə ki, istehsalla məşğul olan hər bir fermer bəzi hallarda çox böyük risklə üzləşir. Plansız istehsal, dəyişən birja, aşağı məhsul qiymətləri ən böyük risklərdəndir. Bu risklər hər zaman fermerlərin diqqət mərkəzində olmalıdır.

Dünyada cəmi  13 milyard hektar torpaq var. Kənd təsərrüfatına yararlı torpaq fondunun miqdarı isə 1,5 milyard hektardır. Otlaq və çəmənlik 3,4 milyard hektar, meşə sahəsi  4,1 milyard hektardır. Ümumi suyun 3 %-i  şirin sudur və bunun 75 % kənd təsərrüfatında istifadə olunur.

Bəs kənd Təsərrüfatı riski nə deməkdir: Normal şəraitdə kənd təsərrüfatı istehsalında baş verə biləcək itkilər və ya ziyanları risk qrupuna daxil etmək olar. Bunlar statistik metodlarla qiymətləndirilə bilər. İki növ risk var. Birincisi; Təsadüfi (Mütləq) Risklər, bunlar, işin təbii quruluşundan və axınından asılı olmayaraq meydana gələn və müəssisə tərəfindən meydana gəlməsinin qarşısı alına bilməmən zərərlərdir. Şaxta, dolu və yanğın kimi təbiət hadisələri bu qrupa aiddir.

Kommersiya (Spekulyativ) Riskləri isə tamam ayrıdır. Spekulyativ risklərə qismən nəzarət oluna bilən və ya məhdudlaşdırıla bilən risklər daxildir, məsələn, bir işin gəlirli olması, təsərrüfatın məhsullarına olan tələbatın marketinq riski adlandırıla biləcəyi dəyişikliklər və qiymətlərin və ya xərclərin şirkətə təsiri. Kənd təsərrüfatı məhsullarında qiymət dalğalanmalarını  bu qəbildən olan risklərdən saymaq olar.

Risk idarəetmə vasitələrinə gəldikdə isə, kənd təsərrüfatında riskləri idarə etmək və tədbir görmək üçün müəyyən vasitələrə ehtiyac var.Ancaq təəssüf ki bəzən ən son anda bu vasitələrdən istifadə olunur. Bu vasitələr aşağıdakı kimi sıralana bilər;

birbaşa maliyyə yardımları, alqı -satqı, müəssisənin istehsal modelində məhsulların şaxələndirilməsi, zərərləri azaldan texnoloji inkişaflardan faydalanmaq, sudan daha qənaətlə istifadə edən suvarma sistemlərinin istifadəsi, xəstəliklərə və zərərvericilərə və quraqlıq kimi risklərə davamlı məhsul növlərinin hazırlanması.,istehsalçı qənaətinin istifadəsi, işin təşkili, lisenziyalı anbar, müqavilə istehsalı, fyuçers bazarları və kənd təsərrüfatı sığortası.

Kənd Təsərrüfatı Sığortası dedikdə, kənd təsərrüfatında risklərin idarə edilməsində texniki və mədəni tədbirlərin görülməsi prioritetidir. Əgər tədbirlər kifayət deyilsə və risklərin dərəcəsi ölçülə bilərsə, kənd təsərrüfatı məhsulları və digər kənd təsərrüfatı malları sığorta yolu ilə sığortalana bilər.

Bitkiçilikdə və heyvandarlıqda baş verən təbii fəlakətlərin ehtimal edilə bilməməsi səbəbindən özəl sığorta öz həllini tapa bilməz. Kənd təsərrüfatı məhsulları yalnız risk yükünü bölüşməklə sığortalana bilər. Bu yükün böyük hissəsi sığorta sistemi və dövlətin üzərinə düşsə də, kiçik bir hissəsi istehsalçı tərəfindən qarşılanmalıdır.

Kənd təsərrüfatı məhsulu sığorta büdcəsi baxımından nümunə götürə biləcəyimiz qardaş Türkiyə Cümhuriyyəti  478 milyon Avro ilə, Amerika, Çin, Hindistan, Kanada, Yaponiya və İspaniyadan sonra yeddinci yerdədir. ABŞ -da kənd təsərrüfatı məhsullarının sığorta haqqı 9,3 milyard Avro, Çində 5,4 milyard Avro, Hindistanda 2,8 milyard Avro və Kanadada 1,3 milyard Avrodur.

Dünyada kənd təsərrüfatı sığortasının bitkiçilik seqmentində təqdim olunan yeni sığorta məhsulları bunlardır:

– Əncir və üzüm məhsullarında yağış təhlükəsinə görə sığortası,

-Noxud, yaşıl və qırmızı mərcimək və bu məhsulların, sertifikatlaşdırılmış toxum məhsullarının quraqlıq təhlükəsinə qarşı sığortası,

Xülasə olaraq, iqlim dəyişikliyi səbəbiylə daha böyük risk və fəlakətlərlə üzləşən fermerlər, xüsusilə kənd təsərrüfatı sığortasından səmərəli istifadə edərək bu riskləri kompensasiya edə bilərlər.

Valeh Əsədov

Aqrar sığorta mütəxəssisi