Keniya Konqo Demokratik Respublikasındakı döyüşlərlə bağlı Şərqi Afrika sammitini çağıracaqbackend

Keniya Konqo Demokratik Respublikasında silahlı üsyançı qrupların fəaliyyətindən yaranan vəziyyəti müzakirə etmək üçün yaxın iki gün ərzində Şərqi Afrika Birliyinin (EAC) fövqəladə sammitini çağırmağa hazırlaşır.

Bu barədə Keniya Prezidenti Uilyam Ruto X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi və Ruanda Prezidenti Paul Kaqameni Şərqi Afrika xalqının və beynəlxalq ictimaiyyətin sülh çağırışına qulaq asmağa çağırıb. Ruto vurğulayıb ki, AAK üzvlərinin dövlət başçıları ilə məsləhətləşmələrdən sonra növbəti 48 saat ərzində fövqəladə sammit çağırılaraq “gələcək yol”un müəyyənləşdirilməsi nəzərdə tutulur.