“Kəpəz”in bıçaqlanan futbolçusunun son durumu açıqlandıbackend

“Gəncədə bıçaqlanan “Kəpəz”in futbolçusu Veysəl Rzayevin ölüm təhlükəsi yoxdur”.

Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən açıqlama verilib.

“Hadisə səhər saatlarında baş verib. Amma səbəbi hələlik bəlli deyil. Vəziyyəti bir az ağır olsa da, ölüm təhlükəsi yoxdur”, – deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də “Kəpəz”ə transfer olunub.