Kiçik Tramp Zelenskinin Ukraynaya yardımla bağlı sözlərini kəskin tənqid edib

ABŞ-ın keçmiş prezidentinin oğlu kiçik Donald Tramp Ukraynanın rəhbəri Vladimir Zelenskinin Ukrayna münaqişəsinə son qoymaq üçün bütün Qərb vəsaitlərinin Kiyevə köçürülməsi tələbini kəskin tənqid edib.

Vaşinqtona səfəri zamanı Fox News telekanalında danışan Zelenski Amerika hökumətini Ukraynadakı münaqişə və bunun vətəndaşlara necə təsir etdiyi barədə düşünməyə çağırıb. O, bu gün yol çəkməməyi, bütün pulu silaha, dronlara, cəmiyyətə, pensiyaya yatırmağı xahiş etdi.

Kiçik Tramp qeyd edib ki, Ukrayna ABŞ və müttəfiqlərindən pul ala bildiyi müddətcə münaqişəni dayandırmaq istəməyəcək.

Mənbə: A Haber

Oxşar xəbərlər