Honor şirkəti yeni Magic8 seriyalı qurğular hazırlayır ki, bu cihazlara Mini model də daxildir.
Bu barədə GSMArena portalı Çinin nüfuzlu insayder Digital Chat Station-a istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Honor Magic8 Mini 6,3 düymlük displey və yeni MediaTek Dimensity 9500 çipi ilə təchiz olunacaq. Əsas Magic8 modeli 6,58 düymlük, flaqman Magic8 Pro isə 6,7 düymlük ekrana sahib olacaq. Bu modellərin performansı sentyabrın sonunda təqdim edilməsi gözlənilən Snapdragon 8 Elite 2 çipi ilə idarə olunacaq.
Büdcəli Magic8 Lite modelinin sıraya daxil olub-olmayacağı dəqiqləşdirilməyib.
Magic8 Pro-nun 50 meqapiksellik əsas kamerası, 50 meqapiksellik ultra geniş bucaqlı obyektiv və 200 meqapiksellik periskop telefoto obyektivlə tamamlanacağı barədə şayiələr var.