Türkiyənin müxalifətdən prezidentliyə namizədi Kamal Kılıçdaroğlu hakimiyyətə gəldikdən sonra Türkiyədən bütün qaçqınları qovacağını bildirib.
Onun sözlərini CNN Türk sitat gətirir.
Kılıçdaroğlu tərəfdarlarına yeni müraciətində “Mən heç vaxt, heç vaxt dayanmayacağam… Hakimiyyətə gələn kimi bütün qaçqınları evlərinə göndərəcəyəm…” deyib.

