Şimali Koreya lideri Kim Çen In deyib ki, “Hwasong-18” qitələrarası ballistik raketinin uğurla buraxılması ABŞ-ın Pxenyana qarşı “səhv qərar verəcəyi” təqdirdə Şimali Koreyanın nəyə hazır olduğunu göstərdi. Onun sözləri Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir.
“Biz dəfələrlə sərt xəbərdarlıq və qınamalarımıza baxmayaraq, il boyu davam edən hərbi qarşıdurma isterikasını genişləndirən düşmən qüvvələrə açıq siqnal verdik”, – Kim Çen In bildirib.
O vurğulayıb ki, təlimlər KXDR-in hansı təcili addımlara hazır olduğunu açıq şəkildə göstərib. Kim Çen Inın sözlərinə görə, Vaşinqton tərəfindən növbəti düşmənçilik hərəkətləri olarsa, Pxenyan “daha inkişaf etmiş və hədələyici variantlardan” istifadə edərək “daha aktiv hücum hərəkətləri” ilə cavab verməlidir.
Mənbə: Haber.com
